Lisenziya Komissiyasının iclası keçirilib

AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda 2024-25 mövsümündə Premyer Liqa, I-ci Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

Müzakirələrdən sonra I Liqa təmsilçiləri “Şamaxı” və “İmişli”yə Premyer Liqada iştirak etmək üçün lisenziya verilib. Əvəzində “İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala”ya lisenziya verilməyib.

“Araz Saatlı”,  “Baku Sportinq”, “Difai”, “Cəbrayıl”, “Füzuli”, “Karvan”, “Kür-Araz”, “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK, “Şahdağ Qusar” və “Zaqatala”ya I Liqada çıxış etmək üçün lisenziya verilibsə, “Ağdaş”, “Dinamo”, “Göygöl”, “İrəvan”, Lerik, “Sheki City”, “Şəfa” və “Şəmkir” rədd cavabı alıblar.

“Baku Juniors” və “Balxurma Bakalən”ə isə Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya verilib. İkincilər növbəti mövsümdən “Dirçəliş” adı altında çıxış edəcək.

İddiaçılar imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün ərzində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayət edə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest