27 May 2024, 12:27
FUTBOL
Azərbaycan Premyer Liqasının XXXVI turunda “Səbail”lə keçirilən oyun Rəşad Sadıqov üçün ikiqat əlamətdar olub. Matc.az xəbər verir ki, gənc çalışdırıcı yubiley qələbəsinə sevinib.
Belə ki, bu, Sadıqovun məşqçi karyerasında 50-ci qalibiyyət olub. Onun komandası “Zirə”ni 1:0 hesabı ilə üstələyək, çempionatı ikinci pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb.
Sadıqov 50-ci qələbəsini “Zirə”nin sükanı arxasında keçirdiyi 128-ci qarşılaşmasında əldə edib. Bu müddətdə qəsəbə komandası 43 dəfə heç-heçə edib, 35 dəfə uduzub.
Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ildən “Zirə”ni çalışdırır.