“Milan” Stefano Piolinin gedişindən sonra “Lill”in portuqaliyalı baş məşqçisi Paulo Fonseka ilə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Şira “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, tərəflər mütəxəssisin 2026-cı ilə qədər nəzərdə tutulan müqaviləsinin şərtlərini razılaşdırıblar. Fonseka "Milan"da ildə 3,5 milyon avro qazanacaq.

Qeyd olunur ki, yaxın günlərdə tərəflər formal məsələləri həll edəcək və məşqçi klubla rəsmi müqavilə imzalayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest