32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşməsinə baxmayaraq, İngiltərə klubunda qalmaq niyyətindədir.

"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne klubu ilə müqaviləsini uzadacaq.

Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşməsinə baxmayaraq, İngiltərə klubunda qalmaq niyyətindədir.

Qeyd edək ki, 2023/2024 mövsümündə yarımmüdafiəçi 26 oyun keçirib, 6 qol vurub və 18 məhsuldar ötürmə edib.

Xatırladaq ki, De Bruynenin "Mançester Siti" ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest