Braziliya millisi və İngiltərənin "Vest Hem" komandasının futbolçusu Lukas Paketa 10 il müddətində diskvalifikasiya oluna bilər.

Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin adı mərc qalmaqalında hallanır.

İddiaya görə, Paketa danışılmış oyun üçün qarşılaşma zamanı qəsdən sarı vərəqə alıb. İddia təsdiqini tapsa, oyunçu 10 il futboldan kənarlaşdırılacaq.

Qeyd edək ki, Lukas Paketa 2022-ci ildən "Vest Hem"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest