I Liqada XXVII turun “Difai Ağsu” - “Zaqatala” oyununun 33-cü dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Zaqatala” 300 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin iclasında I Liqa, II Liqa və əvəzedicilər liqasının son turunda baş verən neqativ hallar da öz hüquqi qiymətini tapıb. Matc.az xəbər verir ki, təhqirə və təcavüzkar davranışa yol verən futbolçulara ağır cəzalar kəsilib.

I Liqada XXVII turun “Difai Ağsu” - “Zaqatala” oyununun 33-cü dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Zaqatala” 300 manat cərimə edilib.

II Liqada XXVI turun “Dinamo” - “Sheki City” oyununun 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Şahin Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Dinamo” 300 manat cərimələnib. Matçın 90-cı dəqiqəsində “Sheki City” komandasının futbolçusu Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Sheki City” 300 manat cərimə edilib.

Əvəzedicilər liqasında XXXV turun “Kəpəz-2” - “Zirə-2” oyununun 90+5-ci dəqiqəsində qonaqların futbolçusu Tamerlan Burcəliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, “Zirə-2” 200 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest