AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXXV turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Kəpəz” - “Zirə” oyununda gəncəli azarkeşlər tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib.

“Qarabağ” - “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubuna 500 manat cərimə kəsilib.

“Qəbələ” - “Araz-Naxçıvan” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest