İtaliya çempionatında may ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb. Matc.az xəbər verir ki, "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini bütün rəqiblərini qabaqlamağı bacarıb.

Onun rəhbərlik etdiyi komanda bu ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. A seriyasında mövsümün sonuna 1 tur qalmış "Atalanta" turnir cədvəlində 5-cidi.

"Atalanta" mayın 22-də UEFA Avropa Liqasının finalında "Bayer"ə qalib gələrək kuboka sahib çıxıb.

Qeyd edək ki, 2016-cı ilin yayında “Atalanta”nı çalışdıran Qasperinin klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest