Adı “Yuventus”la birgə çəkilən Tiaqo Motta “Bolonya”nın baş məşqçisi postunu tərk edib. Matc.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 2022-ci ildən çalışdırdığı A seriyası təmsilçisi ilə yeni müqavilə imzalamaq istəməyib.

“Bolonya” Tiaqo Motta gələcək karyerasında uğurlar arzulayıb.

Mottanın tezliklə “Yuventus”un “sükanı arxası”na keçəcəyi gözlənilir.

Qeyd edək ki, futbolçu karyerasını 2018-ci ildə bitirən Motta elə həmin ildən məşqçilik fəaliyyətinə start verib. Hazırda aktivində 68 xal olan “Bolonya” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest