"Beşiktaş"ın futbolçusu Kayl Larin türkiyəli aktrisa Dilan Dənizə aşiq olub. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, kanadalı oyunçu Dilanı "çukur" serialını izləyərkən görüb və bəyənib.

Komanda yoldaşları ilə birlikdə "çukur"a baxan Larin "Sena" obrazını canlandıran Dilan Dənizə vurulub. Bununla kifayətlənməyən Kanada millisinin üzvü dərhal sosial şəbəkə vasitəsilə aktrisanın instaqram səhifəsini tapıb. 24 yaşlı oyunçu ona "çox güclüyəm, çox zənginəm və kanadalıyam" yazaraq, sevgili olmağı təklif edib.

Qeyd edək ki, son olaraq yanvarda aktyor Birkan Sokullu ilə birlikdə olan Dilan Dəniz qısa müddət sonra ondan ayrılıb. 24 yaşlı modelin canlandırdığı "Sena" "çukur" serialı ilə ötən bölümlərin birində ölərək ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest