Fransa Liqa 1-in XXXIV turu çərçivəsində baş tutacaq "Amyen" – "Strasburq" matçı tarixə düşəcək. Matc.az saytının məlymatına görə, sözügedən oyunda Fransa yüksək liqasında ilk dəfə qadın hakim referi rolunda çıxış edəcək.

Fransa Futbol Federasiyası matça Stefani Frapparı təyin edib. Xanım ədalət təmsilçisi 2014-cü ildən bəri ikinci divizionda hakimlik edir.

Qeyd edək ki, bu təyinat iyunun 7-dən iyulun 7-ə qədər Fransada keçiriləcək qadınlar arasında Dç-2019-a hazırlıq məqsədi daşıyır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest