Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Bavariya" "Arsenal"ı 1:0 məğlub edib.
 
Matc.az xəbər verir ki, bu qarşıdurmada münhenlilərin qapıçısı Manuel Noyer Avropanın əsas klub turnirində "quru" oyun sayına görə rekorda imza atıb.
 
Almaniyalı futbolçu Çempionlar Liqasında 138 oyun keçirib, onların 58-ində qapısını toxunulmaz saxlamağı bacarıb. Bu göstərici ilə o, İker Kasilyası (57 oyun) geridə qoyub.
 
Xatırladaq ki, ötən gecə "Bavariya" ÇL-in 1/4 final mərhələsində "Arsenal"ı 2 oyunun nəticəsinə görə 3:2 məğlub edərək yarımfinalda "Real"ın rəqibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest