Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təlim-məşq toplanışındadı. Matc.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan yığmamız beynəlxalq turnirə qatılıb. Elşad Quliyevin yetirmələri iki görüş keçirib.

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təlim-məşq toplanışındadı. Matc.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan yığmamız beynəlxalq turnirə qatılıb.

Elşad Quliyevin yetirmələri iki görüş keçirib. İlk olaraq dünya çempionu Rumıniyaya 0:1 hesabı ilə uduzan millimiz ikinci matçında Bosniya və Herseqovina üzərində 6:0 hesablı qələbə qazanıb.

Bosniyalılarla oyunda qollara Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov imza atıblar.

Qeyd edək ki, yığmamız bu gün ev sahibi Monteneqro ilə oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest