"Futbolumuz və rəqibin cərimə meydançasına nüfuz etmək bacarığımız sayəsində bu matçlarda qalib gəlməyə çalışacağıq"

PSJ-nin baş məşqçisi Luis Enrike Dortmund “Borussiya”sına qarşı keçiriləcək Çempionlar Liqasının yarımfinal oyunu haqda danışıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis məqsədlərinin finala çıxmaq olduğunu bildirib.

O, bu duelləri 1/4 finala bənzədib: “Turnirdə qalan dörd komandanın hamısı üçün qələbədən başqa istənilən nəticə məyusluqdu. Bu qarşıdurmalar 1/4 finaldakına bənzəyəcək. Amma futbolumuz və rəqibin cərimə meydançasına nüfuz etmək bacarığımız sayəsində bu matçlarda qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, bu gün Dortmunddakı “Siqnal İduna Park”da keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest