“Bavariya”nın sabiq hücumçusu Mario Qomes Münhen klubunun qapıçısı Manuel Noyerin dünya futbolundakı yerindən danışıb. Matc.az xəbər verir ki, o, qolkiperi argentinalı superulduz Lionel Messi səviyyəsində hesab edir.

“Noyeri futbol üçün əhəmiyyətinə görə Messi ilə bərabər tutardım. İdmanda inqilab edən bir qapıçının oyununu görə biləcəyimizi hamımız dərk edib-etmədiyimizi bilmirəm. 20 ildən sonra bunu biləcəyik. Noyer ayaqları və əlləri ilə oynamağın qapıçı üçün nə qədər vacib olduğunu göstərdi. Hər ikisini eyni səviyyədə bacarması heyrətamizdi”.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın qapısını qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest