01 Mart 2024, 23:00
FUTBOL
"River Pleyt"in baş məşqçisi Martin Demiçelisin "Bavariya"ya rəhbərlik etmək şansı var.
Matc.az xəbər verir ki, mütəxəssis 2003-2010-cu illərdə Münhendə çıxış edib. Klub hesab edir ki, argentinalının komandanın incəliklərini və alman dilini başa düşməsi ona uğur qazanmağa kömək edə bilər. Danışıqlarda idarə heyətinin üzvü Maks Eberlin də iştirak edəcəyi bildirilir.
Şayiələrə görə, Martin indiki mərhələdə Argentina klubundan ayrılmaq istəmir, o, rəhbərliyin dəstəyini hiss edir və peşəkar yüksəliş üçün perspektivlər görür.