"İnter"in baş məşqçisi Simone İnzaqi komandadan mümkün gediş mövzusunu şərh edib.
 
Matc.az xəbər verir ki, mütəxəssis Milan klubunda xoşbəxt olduğunu bildirib:
 
"İnter"də olmağımdan şadam. Yeni müqavilə? Problem deyil. Hazırkı rəhbərlik və komanda tərkibi ilə bu klubda özümü rahat hiss edirəm. Mən ancaq öz oyunumuz haqqında düşünürəm".
 
Qeyd edək ki, "İnter" hazırda A seriyasına başçılıq edir.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest