UEFA avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra klub reytinqini yeniləyib. Matc.az xəbər verir ki, “Qarabağ”ın da mövqeyində dəyişiklik olub.

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı üstələyən (4:2, 2:3) Azərbaycan çempionu reytinqdə irəliləyişə nail olub. Son 5 mövsümdə aktivinə 32,000 əmsal yazdıran ağdamlılar 60-cı yerdən 56-ci pilləyə yüksəlib.

Qurban Qurbanovun kollektivi hazırda “Fənərbaxça” və “Seltik”lə 56-cı yeri bölüşdürür. “Qarabağ” “Qalatasaray” və “Fionrentina” kimi klubları geridə qoyub.

Reytinqə Çempionlar Liqasının son qalibi “Mançester Siti” (143,000) başçılıq edir. “Bavariya” (136,000) ikinci, “Real” (125,000) üçüncü yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest