"Zirə" bu gün keçiriləcək Topaz Premyer Liqasının XXIV turunda "Sumqayıt"la qarşılaşacaq. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, "gənclik şəhəri" təmsilçisi ilə Zirə İdman Kompleksində baş tutacaq görüş iki komanda arasında 16-cı oyun olacaq.

Əvvəlki görüşlərdə üstünlük bakılıların tərəfindədi. Komanda oyunların yarıdan çoxunda qələbə qazanıb. 15 oyundan 8-də üç xala sevinən "Zirə" üç dəfə bərabərliklə kifayətlənib və yalnız 4 dəfə uduzub. Rəqibin qapısından 19 qol keçirən qəsəbəlilər 12 top buraxıblar. Bu rəqiblə matçlarda "Zirə"nin ən yaxşı bombardirləri Aleksandr Dedovla Vüsal İsgəndərli hərəyə 3 dəfə fərqlənib.

"Zirə" "Sumqayıt"la əvvəlki 7 ev matçında 5 dəfə qalib gəlib. öz meydanında keçirdiyi oyunlarda yalnız iki dəfə xal itirən bakılılar bir oyunda heç-heçə edib, bir qarşılaşmada uduzub. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar 6 qol vurublar.

 

2015/16 mövsümü

13.09.2015. Premyer Liqa. Sumqayıt - Zirə - 0:0

07.11.2015. Premyer Liqa. Zirə - Sumqayıt - 3:2

Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81

06.02.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 0:2

Nelson Bonilla, 4; Rəşad Abdullayev, 90+2

03.04.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Nurlan Novruzov, 84

 

2016/17 mövsümü

06.08.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 0:1

Vaqif Cavadov, 75

17.12.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 1:0

Mirabdulla Abbasov, 14

27.02.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Riçard Qadze, 35

15.04.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 1:1

Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (p.)

 

2017/18 mövsümü

26.08.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 3:1

Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 - Jozef Bum, 88 (ö.q.)

21.10.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 2:1

Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 5

10.02.2018. Premyer Liqa. Zirə - Sumqayıt - 1:1

Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35

20.05.2018. Premyer Liqa. Sumqayıt - Zirə - 1:2

Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68; Sadio Tounkara, 90+5

 

2018/19 mövsümü

30.09.2018. Premyer Liqa. Sumqayıt – Zirə - 1:0

Adil Nağıyev, 16 (ö.q.)

25.11.2018. Premyer Liqa. Zirə – Sumqayıt – 3:1

Aleksandr Dedov, 36, 74; Bilal Həmdi, 90+6 - Əfran İsmayılov, 45+3

24.02.2019. Premyer Liqa. Sumqayıt – Zirə - 0:1

Mfo Kqasvane, 23

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest