"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 14-cü turu çərçivəsində "Tottenhem"lə heç-heçəni şərh edib .
 
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Hesaba baxmaq çətindi. Lakim bizə oynamağımızı söyləyəndən sonra fiti çalmaq qərarına gəlir. Ötürmədən sonra fit səsi eşidilir. Ona görə də bu hərəkəti başa düşmürəm. Yaxşı oyun oldu və ən vacibi də budur. Ayıbdır hakimlər adına. "Liverpul" oyununda olduğu kimi, bu gün həqiqətən yaxşı komanda və məşqçiyə qarşı bütün aspektlərdə inanılmaz bir performans göstərdiyimizi hiss etdim. Çoxlu şanslar yaratdıq. Aqressiv, inanılmaz konsentrasiya idik və elə bir hiss var ki, hələ də cədvəlin başında olmaq istəyirik. Çox heyif. Bəzən futbol həyat kimidir - siz layiq olduğunuzu ala bilmirsiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest