"Sumqayıt" 2019-cu ildə ilk qələbəsini qazanıb. Matc.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XXIII turunda "Keşlə"ni qəbul edən Ayxan Abbasovun yetirmələri qələbəsizlik seriyasına son qoyub.

2:1 hesabı ilə qalib gələn meydan sahibləri 9 uğursuz matçdan sonra üç xala seviniblər. Sumqayıtlılar sonuncu dəfə ötən il dekabrın 1-də qalib gəlmişdi.

XIII turun "Səbail"lə ev görüşündə 1:0 hesablı qələbəyə sevinən komanda növbəti qalibiyyəti 126 gün gözləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest