"Azərbaycanla matça da ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu Lukaku çox effektiv oynadı. İki məhsuldar ötürmə verdim"

“Dünya çempionatından əvvəl zədələrlə bağlı çətin bir il keçirmişdim. İndi hər şey başqa cürdür. Transfer oldum, çoxlu oyunlarda iştirak etdim və işlər dəyişdi. Baş məşqçi mənə güvənir”. Matc.az xəbər verir ki, bunu Belçika millisinin yarımmüdafiəçisi Ceremi Doku AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçirilən oyundan sonra deyib.
 
21 yaşlı hücumameyilli oyunçu 5:0 hesablı qələbəyə görə sevincli olduğunu söyləyib: “Azərbaycanla matça da ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu Lukaku çox effektiv oynadı. İki məhsuldar ötürmə verdim. Təəssüf ki, qol vura bilmədim. Əsas odu ki, komandamın qələbəsinə kömək etdim”.
 
Qeyd edək ki, Belçika yığması F qrupunu 20 xalla birinci pillədə tamamlayıb. Azərbaycan millisi isə 7 xalla dördüncü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest