Müdafiəçi Kieran Trippier Şimali Makedoniya ilə 2024-cü il Avropa Çempionatının seçmə mərhələsində İngiltərəyə kömək etməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Nyukasl"ın mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçunun şəxsi səbəblərdən evə qayıtdığını bildirib. Noyabrın 17-də Trippier Malta ilə qələbə qazanan matçda (2:0) 90 dəqiqənin hamısını keçirib. AVRO-2024-ün final mərhələsinə erkən vəsiqə qazanan ingilislər noyabrın 20-də Skopyedə Şimali Makedoniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest