Almaniya millisinin yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib. Matc.az "Bild" nəşrinə istinadən məlumatına görə, bu postu Yulian Naqelsmann tutacaq.
 
Almaniya Futbol Assosiasiyası gənc mütəxəssislə danışıqları müsbət yekunlaşdırıb. Artıq müqavilənin bütün detalları razılaşdırılıb. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir.
 
Qeyd edək ki, Hans Diter Flik bir neçə gün əvvəl Almaniya millisinin baş məşqçisi postundan qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest