"Maraqlı oyun keçdi. "Qəbələ"nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik". Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.

Topaz Premyer Liqasının XXII turunda "Qəbələ"nin qonağı olan debütant səfərdən qolsuz bərabərliklə dönüb.

Oyunsonrası mətbuat konfransında Əhmədov nəticəni müsbət sayıb: "Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest