"İlk hissəni epizodlara görə aktivimizə yazmaq olar. Fasilədən sonra çətin olacağını bilirdik. Futbolçular xarakter göstərdilər. Qələbə qazandıq və oyunçularımızı təbrik edirəm".

"Gözlədiyimiz kimi, hər oyun gərgin keçir. Maraqlı görüş alındı". Matc.az saytı xəbər verir ki, bu sözlər "Səbail"in baş məşqçisi Aftandil Hacıyevə məxsusdu.

Topaz Premyer Liqasının XXII turunda "Zirə"nin qonağı olan "Səbail" son dəqiqə qolu sayəsində qələbə qazanıb - 2:1.

Oyunsonrası mətbuat konfransında Hacıyev fikrini bu sözlərlə davam etdirib: "Planlaşdırdıqlarımızı reallaşdırmağa çalışdıq. İlk hissəni epizodlara görə aktivimizə yazmaq olar. Fasilədən sonra çətin olacağını bilirdik. Futbolçular xarakter göstərdilər. Qələbə qazandıq və oyunçularımızı təbrik edirəm. Bundan sonra hər xal bizim üçün bizim üçün çox qiymətlidi. Qarşıda çətin oyunlar var".

Baş məşqçi tanınmış futbolçu Maykl Essyenə şans verməməsinə də toxunub: "Onun meydana çıxması planda var idi. Matçın gedişatından çox şey asılıdı. Qarşıdakı oyunlarda ona şans verə bilərik. Tanınmış futbolçudu, amma istədiyimiz formada deyil. Azarkeşlərimizə də təşəkkür edirəm".

Hacıyev bildirib ki, bu gün ən azı uduzmamağı düşünüblər: "Son dəqiqələrdə qol vurmağımız yerinə düşdü. Meydana çıxan futbolçular öz işlərini layiqincə yerinə yetirdilər".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest