UEFA "Roma"nın baş məşqçisi Joze Mourinyo barədə araşdırmalara başlayıb. Matc.az qitə futbol qurumunun saytına istinadən xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin Avropa Liqasının finalında "Sevilya" ilə görüşün baş hakimi Antoni Teylora qarşı işlətdiyi təhqiramiz ifadələr səbəb olub. 
 
Teylorun idarəçiliyindən narazı qalan Mourinyo oyundan sonra hakimə yaxınlaşaraq, "sən çox ayıbsan, lənətə gəlmiş ayıb. Kəs səsini. Lənətə gəlmiş biabırçısan" deyərək, təhqir edib.
 
Bu səbəbdən UEFA Mourinyoya qarşı oyun rəsmisinin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün intizam işi açıb.
 
Xatırladaq ki, Avropa Liqasının finalında "Roma" penaltilər seriyasında "Sevilya"ya uduzub (1:4). Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest