"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində növbəti yarımfinal oyunu baş tutub.
 
Matc.az xəbər verir ki, ikinci yarımfinal seriyasının ilk görüşündə NTD və "Gəncə" komandaları üz-üzə gəliblər.
 
Oyuna daha sürətli başlayan "Gəncə" basketbolçuları yekunda 101:73 hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Gəncə" seriyada 1:0 önə keçib. 
 
Ən məhsuldar basketbolçular NTD-dən Brayson Robinson (14 xal, 6 ribaund), "Gəncə"dən isə Ceylen Qeddi (34 xal, 7 ribaund) olublar.
 
Yarımfinal seriyasının ikinci oyunu 10 may tarixində Gəncədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest