Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü çempionatı davam edir.
 
Matc.az xəbər verir ki, bu turnirdə mübarizə aparan Azərbaycan millisin bu gün növbəti matçına çıxıb.
 
9-12-ci yerlər uğrunda görüşdə rəqib Qvatemala yığması olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun rəqibin üstünlüyü ilə yekunlaşıb - 28:20.
 
Xatırladaq ki, Azərbaycan yığması turnirdəki ilk oyununda Bolqarıstana 19:30, Nigeriyaya isə 17:35 hesabıyla məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest