28 Mart 2023, 11:48
FUTBOL
“Qalatasaray” “Qarabağ”ın müdafiəçisi Toral Bayramovun transferində israrını davam etdirir. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” mövsümün sonunda müdafiənin sol cinahını məhz 22 yaşlı futbolçu ilə gücləndirməyi planlaşdırır.
“Sarı-qırmızılılar” artıq millimizin üzvünün transfer qiymətini də müəyyənləşdirib. Qeyd olunur ki, Toralın transfer dəyəri 1 milyon avroya bərabərdi. Klublar arasında danışıqlara başlanıldığı vurğulanıb.
Qeyd edək ki, Toral Bayramov cari mövsüm 29 oyunda 1 qol, 2 assistlə yadda qalıb.
XƏYAL