"Qalatasaray"ın müdafiəçisi Abdülkerim Bardakçının "Qarabağ"la keçirilən yoldaşlıq görüşündə iştirak etməsi Türkiyədə birmənalı qarşılanmayıb. Matc.az xəbər verir ki, səhhətindəki problem səbəbindən millinin düşərgəsindən ayrılan 29 yaşlı futbolçunun dünənki qarşılaşmanın ikinci hissəsində meydana çıxması "ay-ulduzlular"ın baş məşqçisi Ştefan Kuntzu da təəccübləndirib.
 
Almaniyalı mütəxəssis Bardakçının bu addımını qınayıb:
 
"Bazar günü toplanış üçün bir araya gəldik. Abdülkerim isə dörd günlük vaxtın üç gününü xəstəxanada keçirdi. Oradakı həkimin bizə təqdim etdiyi raportda Abdülkerimin dincəlməyə ehtiyac duyduğu və iki həftə müayinə olunacağı yazılmışdı. Biz futbolçularımızı əsla riskə atmarıq. Ancaq onun "Qarabağ"la oyunda meydana çıxmasına təəccübləndim. Oynaya biləcək durumda idisə, bura gəlməsi bizim üçün daha yaxşı olardı".
 
Qeyd edək ki, "Qarabağ" – "Qalatasaray" oyunu Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest