Martın 10-dan etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışındadır.
 
Matc.az xəbər verir ki, yığmamız Tahir Baxşıyevin rəhbərliyi altında ilk yoxlama oyununu da keçirib.
 
Millimiz "Zaza Pachulia Academy" komandasına 70:88 hesabı ilə məğlub olub.
 
Təlim-məşq toplanışı martın 17-nə qədər davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest