Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, bu gün Yüksək Liqanın 11-ci turunda ilk olaraq meydana "Abşeron" və "Azərreyl" klubları çıxıblar. 
 
Qarşılaşma gözlənilənlərin əksinə "Abşeron"un üstünlüyü ilə başlayıb. çempionatın liderini ilk iki hissədə məğlub edən komanda 2:0 hesabı ilə önə keçib. Bundan sonra "Azərreyl" təşəbbüsü ələ alıb və ümumi hesabı bərabərləşdirib. Cütün qalibinin adına isə tay-brekdə aydınlıq gəlib. Bu hissədə yenə güclü rəqibinə ciddi müqavimət göstərən "Abşeron" yekunda 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8) hesabı ilə qələbə qazanıb.
 
Turun ikinci matçı UNEC və "Murov" kollektivləri arasında olub. Bu oyunda sensasiya qeydə alınmayıb və "Murov" çətinlik çəkmədən quru hesablı (3:0) qələbə qazanıb.
 
Beləliklə, 11 turda sonra "Azərreyl" 26 xalla turnir cədvəlində liderliyini davam etdirir. Bugünkü qələbədən sonra xallarının sayını 20-ə çatdıran "Abşeron" 2-ci pilləyə yüksəlib. Eyni xala malik "Murov" set fərqinə görə 3-cü yerdədir. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest