UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ (Fransa) ilə ev oyunu Almaniyanın "Bavariya" klubu və hücumçusu Erik Şupo-Motinq üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, ilk oyunda 1:0 hesablı qələbəyə sevinmiş münhenlilər doğma meydanda da 2:0 hesabı ilə qalib gələrək mərhələ adlayıblar.
 
Nəticədə "Bavariya" 21-ci dəfə çempionlar Liqasında 1/4 finala yüksəlib. Almaniya təmsilçisi bu baxımdan rekordçudur.
 
Erik Şupo-Motinq isə klubun sabiq forvardı Roy Makayın nailiyyətini təkrarlayıb. Kamerundan olan 33 yaşlı hücumçu buna PSJ-nin qapısına yol tapmaqla nail olub. O, qitənin bir nömrəli klub turnirində start heyətdə meydana çıxdığı ardıcıl dördüncü matçda rəqib qapılarına yol tapıb. Daha əvvəl bunu 2003/04 mövsümündə Roy Makay bacarmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest