Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis kişi həndbolçuların 2024-cü il Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Litva görüşündə nümayəndə kimi Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.
 
Martın 8-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunacaq oyunu kiprli hakimlər briqadası idarə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest