"Qısa danışacam, mənə çətindi. Futbolçularımı xarakterlərinə görə təbrik edirəm. Tapşırıqları yerinə yetirdilər". Matc.az saytı xəbər verir ki, bu sözlər "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova məxsusdu.

Topaz Premyer Liqasının XX turunda "Neftçi"ni qəbul edən "kimyaçılar" 1:2 hesablı məğlubiyyətə düçar olub.

38 yaşlı mütəxəssisin oyunsonrası mətbuat konfransında sözlərinə görə, referi Rəşad Əhmədov xətti tapdaladığı üçün onu texniki zonadan kənarlaşdırıb: "Protokolda hakimliklə bağlı etirazı yazmaq işi ilə mən məşğul deyiləm. Hakimin oyunun nəticəsinə təsir edib-etmədiyini siz deyə bilərsiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest