Futzal üzrə Azərbaycan kubokunun 2022/23 mövsümünün 1/16 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatma mərasimində Birinci və İkinci liqalarda çıxış edən komandalar iştirak edib.
 
Əvvəlcə bir neçə gün əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cütlüklər müəyyənləşib. Fevralın 23-də, 24-də və 26-da keçiriləcək oyunlarda komandalar bu şəkildə qarşılaşacaq:
 
Şamaxı – Xan-Lənkəran
MUM – Zəngilan
Şuşa – Baku Fire-3
STAR kargo – Advokat
ADBTİA – Timsport
U-17 – Metropoliten
Dəstə Ordubad – Dalğa
VİFLY – Flaqman
Baku Fire-2 – çinar-Zəngilan
Alyans Qrup – Rəvan
 
Yüksək Liqa komandaları mübarizəyə növbəti - 1/8 finalda qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest