"Qalatasaray" heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya millisinin və "Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolonu transfer edib.
 
23 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. İstanbul klubu bu transferə görə "Roma"ya 15 milyon avro ödəyib. Futbolçunun gələcək satışından əldə olunacaq gəlirin də 20 faizi İtaliya klubuna çatacaq. Futbolçunun yeni klubunda ilinə 2 milyon 750 min avro qazanacağı bildirilir. Bu mövsüm isə o, 900 min avro alacaq.
 
"Qalatasaray"la "Roma" bu il zəlzələ qurbanlarına yardım üçün xeyriyyə oyunu keçirməklə də bağlı razılıq əldə ediblər.
 
Xatırladaq ki, Zaniolo "Roma"ya 2018-ci ilin yayında 4.5 milyon avro qarşılığında "İnter"dən transfer olunub. O, paytaxt təmsilçisində 128 oyuna 24 qol vurub. Yarımmüdafiəçi İtaliya millisində də 11 oyuna 2 qola imza atıb.

TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest