Almaniyada 2022-ci ilin ən yaxşı qolları müəyyənləşib. Matc.az xəbər verir ki, "ARD Sportschau" nəşrinin apardığı sorğuda daxili birinciliklərdəki oyunçular, eyni zamanda ölkə xaricində çıxış edən almaniyalı futbolçular nəzərə alınıb.
 
Polşada "Qurnik"in şərəfini qoruyan Almaniya millisinin sabiq hücumçusu Lukas Podolskinin qolu ilin ən yaxşısı seçilib. 37 yaşlı dünya çempionunun "Poqon"la qarşılaşmada 60 metrdən vurduğu top 14,19 faiz səs toplayıb.
 
Ən yaxşı qolun müəllifi nominasiyasında Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Dmitri Nazarov da olub. Almaniyada III Bundesliqa klubu "Aue"nin formasını geyinən 33 yaşlı oyunçunun qolu 9-cu seçilib. O, sentyabrda ölkədə ayın qolu mükafatına layiq görülmüşdü.
 
Qeyd edək ki, Dmitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan yığmasının heyətində 45 oyun keçirib, 7 qol vurub.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest