Misli Premyer Liqasının XXII turunda 11 fevral tarixində keçiriləcək "Turan Tovuz" – "Kəpəz" oyununun biletləri satışa çıxarılıb.

Matc.az xəbər verir ki, 2 manat təşkil edən biletlərin satışından gələn bütün gəlir zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə dəstək üçün göndəriləcək.
 
Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, biletləri Tovuz şəhər stadionunun kassasından əldə etmək olar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest