"Apollon" rəsmisi Fanurios Konstantinu "Neftçi"dən transfer edilən Qodsvey Donyonun keçidini dəyərləndirib. Matc.az xəbər verir ki, Kipr klubunun nümayəndəsi qanalı hücumçunun onlara xeyir verəcəyini düşünür.
 
O, Donyonu Azərbaycanda təriflədiklərini sözlərinə əlavə edib:
 
"Donyo bu gün gəldi. Azərbaycandan olan həmkarlarla danışanda bizə dedilər ki, böyük transferdi. Biz də onu gətirmək üçün pul ödədik. Amma stadion həmişə güzgüdür. Donyo aqressivdi, hücumun bütün mövqelərində oynaya bilir".
 
Qeyd edək ki, Qodsvey Donyo Limassol klubu ilə 2,5 illik müqaviləni razılaşdırıb.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest