Topaz Premyer Liqasının XIX turunun açılış oyununda "Səbail"lə "Sumqayıt" üz-üzə gəlib. Matc.az saytının məlumatına görə, bir qədər əvvəl başa çatan qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.

Bununla "Sumqayıt" 2019-cu ildə ilk xalını qazanıb. "Gənclik şəhəri" təmsilçisi buna qədər III dövrənin geridə qalan 4 turunun hər birində meydanı məğlub tərk etmişdi. Beləliklə, Ayxan Abbasovun yetirmələri ötən ilin dekabrın 9-dan bəri rəsmi görüşlərdə aktivinə ilk xalını yazdırıb.

Bundan başqa, "Sumqayıt" bugünkü oyunla birlikdə ikinci yarıda keçirdiyi 5 görüşün 4-də rəqib qapılarına yol tapa bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest