Polşa yığmasının qapıçısı Voyçex Şesni Argentina ilə oyunun ilk hissəsində təyin olunan penaltidən danışıb. Matc.az xəbər verir ki, o, VAR komandası baş hakim Denni Makkeli monitora çağıranda argentinalıların kapitanına mərc təklif edib.

“Messiyə dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avro mərc edirəm. Buna görə də Messiyə uduzdum. Bəlkə də cərimə olunacam, amma mən Messiyə pul vermək fikrində deyiləm. Onun kifayət qədər pulu var” - deyə, qolkiper bildirib.

Xatırladaq ki, Polşanın əleyhinə penalti Şesni ilə Messinin cərimə meydançasında mübarizəsindən sonra təyin edilib. Nəticədə 11 metrlik cərimə zərbəsini Messi yerinə yetirib və Voyçex bu dueldən qalib ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest