İtaliya B Seriyasının 36-cı turunda “Bari” ilə səfərdə heç-heçə (1:1) edən “Parma” A Seriyasına qayıdıb. Matc.az xəbər verir ki, komandanın sona iki tur qalmış mövsümü ilk iki sırada bitirəcəyi dəqiqləşib.

Hazırda 74 xalla turnir cədvəlinə başçılıq edən “Parma” üçüncü pillədəki komandanı 7 xal qabaqlayır. Bununla “Parma” üçillik fasilədən sonra elitaya qayıdıb.

“Parma” sonuncu dəfə 2020-21 mövsümündə A Seriyasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest