“Liverpul” mövsümün sonunda ciddi itkilərlə üzləşəcək. Matc.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp və hücumçu Məhəmməd Salahdan sonra daha bir aparıcı oyunçu yayda “qırmızılar”la vidalaşa bilər.

Söhbət müdafiəçi Vircil van Deykdən gedir. Almaniya nəhəngi “Bavariya” müdafiə xəttini Niderland millisinin üzvü ilə gücləndirməyi hədəfləyir. 32 yaşlı oyunçu Səudiyyə Ərəbistanından da astronomik məbləğdə pul təklifi alıb. Ancaq o, hələlik qərarını verməyib.

Qeyd edək ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest