"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 15-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları deyib

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 15-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları deyib:
 
"Oyun gözlədiyimizdən də çətin keçdi. "Kəpəz" bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi. Biz özümüz də çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik. Təəssüf ki, alınmadı. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadıq. Komandaya təşəkkürümü bildirirəm, ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik. Qarşıdakı turlarda "Kəpəz"ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest