Topaz Premyer Liqasının XVIII turu bir neçə futbolçu üçün düşərsiz olub. Matc.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmadan sonra 4 oyunçu cəzalı duruma düşüb.

"Qəbələ" ilə səfər oyununun son dəqiqələrində vaxtı uzatdığı üçün "sarı" alan "Keşlə"nin müdafiəçisi Denis Silva cəzalı duruma düşüb.

"Neftçi" - "Səbail" qarşılaşmasında isə hər komandanın bir üzvü 4 sarı vərəqə limitini doldurub. Meydan sahiblərindən Tural Axundov, qonaqlardan isə Rahid Əmirquliyev sarı vərəqə aldığından, cəzasını növbəti turda çəkəcək.

"Sabah"ın yarımmüdafiəçisi Erik Ramos isə "Qarabağ"la matçın 78-ci dəqiqəsində qırmızı vərəqə alıb. Paraqvaylı futbolçu sabiq komandası "Neftçi" ilə görüşü buraxmalı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest