"Kəpəz"in futbolçusu Elçin Əlicanov bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Milli komandaların oyunları səbəbindən çempionatda yaranan fasiləyə görə matça hazırlaşmaq üçün daha çox vaxtımız olub. ötən tur "Şamaxı" ilə görüşdə qazandığımız qələbə bizə motivasiya verib. Hazırlıq proseslərində məşqçilərin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməyə çalışmışıq. Bizi Sumqayıtda çətin oyun gözləyir. İnşallah, orada da qələbə qazanmaq istəyirik. Əhval-ruhiyyəmiz yaxşıdır. Bunun oyunumuza təsiri olacaq. Son oyunlarda əsas heyətdə çıxış edirəm. Etimad göstərdiyi üçün baş məşqçimizə minnətdaram. çalışıram ki, mənə bəslənən inamı tam doğruldam. Əlimdən nə gəlirsə, onun maksimumunu etməyə çalışıram. Oyunumla üzərimə düşəni edib, komandaya kömək etməyə səy göstərirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest