Çalışdırıcı Uels millisinin üzvünə daha çox Avropa Liqası matçlarında şans verməyi planlaşdırır. Remsi bu qarşılaşmalarda özünü göstərə bilməsə qış fasiləsində transferə çıxarılacaq.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Arsenal" qış fasiləsində heyətində dəyişikliklər etməyi planlaşdırır. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ən diqqətçəkən məqam 10 ildi "topçular"ın formasını geyinən Aron Remsinin "qara siyahı"ya düşməsidi.


Belə ki, baş məşqçi Unay Emeri 28 yaşlı orta sahə oyunçusunun cari mövsümdəki çıxışından məmnun deyil. çalışdırıcı Uels millisinin üzvünə daha çox Avropa Liqası matçlarında şans verməyi planlaşdırır. Remsi bu qarşılaşmalarda özünü göstərə bilməsə qış fasiləsində transferə çıxarılacaq.

 

London təmsilçisi onun əvəzləyicisini də artıq tapıb. Komanda rəhbərliyi "Napoli"nin oyunçusu Pyotr Zelinskinin yarımmüdafiə xəttini gücləndirəcəyini düşünür. Bu üzdən Polşa yığmasının üzvünün keçidi üçün İtaliya klubu ilə danışıqlara başlanacaq. Bu mövqeyə alternativ variantlar arasında PSJ-nin futbolçusu Adrian Rabyo da var.

 

Qeyd edək ki, Pyotr Zelinski "Napoli"yə 2016-cı ildə "Udineze"dən keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest