Həftə sonu Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sabah" "Səbail"i qəbul edəcək. Matc.az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da keçiriləcək oyuna yerli sakinlərdə maraq yaratmaq üçün Xırdalan şəhərinin və Masazır qəsəbəsinin müxtəlif yerlərində matçla bağlı afişalar asıb.
 
Bundan əlavə, sakinlərə klubun atributları paylanaraq, bazar günü baş tutacaq oyuna dəvət ediliblər.
 
Klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb. Videonun sonunda "hamınızı stadiona gözləyirik" çağırışı ilə bütün futbol həvəskarları oyuna səslənib. 
 
Sentyabrın 4-də "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Səbail" oyununa saat 18:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest